Maşın yağı oğurladılar, tutuldular

masin-yagi-ogurladilar-tutuldular
Oxunma sayı: 880

İyunun 17-nə keçən gecə Suraxanı rayonu ərazisindəki yağdəyişmə məntəqələrindən birinin dam örtüyü sökülməklə 1500 manat dəyərində mühərrik yağları oğurlanıb.

Qafqazinfo” xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Xudaverdiyev və Elnur Seyidov tutulublar.