Maşın yoldan çıxıb aşdı, xəsarət alanlar var

masin-yoldan-cixib-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 3336

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün idarə etdiyi  "KİA" markalı minik avtomobil idarəetmədən çıxaraq, hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və daha bir xanım sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov