Maşına alıcı adıyla oturdu, qaçırıb özü satdı - Foto

masina-alici-adiyla-oturdu-qacirib-ozu-satdi
Oxunma sayı: 2676

Polisə ərizə ilə müraciət edən Ağsu sakini R.Abuzərov ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki,  əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Araz Vəliyev olduğu müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, A.Vəliyev R.Abuzərova məxsus “VAZ 2107” markalı avtomaşını almaq məqsədilə avtomobilə oturub və daha sonra avtomobili qaçıraraq ərazini tərk edib. Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə aparıb və onu şəhər sakini İlqar Məmmədova satıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılaraq polis şöbəsinə gətirilib. Avtomobil isə heç bir zərər görmədən sahibinə geri qaytarılıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.