“Maşın”da Qarabağ qazilərinə avtobus bağışlandı - Video

masinda-qarabag-qazilerine-avtobus-bagislandi
Oxunma sayı: 2800

Müğənni Roza Zərgərlinin “Maşın” realiti-şousunun 17-ci sürətində qazandığı avtomobilin aqibəti bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, “M Group Production” şouya sponsorluq edən şirkətdən həmin avtomobilin pulunu alaraq üzərinə əlavə məbləğ qoyub və 35 nəfərlik avtobus alıb. Həmin avtobus isə “Qarabağ əlil-döyüşçüləri” Federasiyasına bağışlanıb.