Maşında ürəyi tutdu, öldü

masinda-ureyi-tutdu-oldu
Oxunma sayı: 3433

Ötən gün Samux rayon  sakini, 1958-ci il təvəllüdlü Telman Xəlilov ürək çatışmazlığından vəfat edib. Samux rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluqda sözügedən şəxsin Hacıalılı kəndi ərasizində “Qarasaqqal” adlanan ərazidə ürək çatışmazlığından ölməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırma  başlayıb.

Araşdrıma zamanı müəyyən edilib ki, T. Xəlilov yanvarın 30-u təxminən səhər saat 11 radələrində Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinin sahilində, “Qarasaqqal” adlanan yerdə özünəməxsus “QAZ 3110” markalı avtomobildə ürək çatışmazlığından vəfat edib. 

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış  keçirilib. Meyitin müayinəsi zamanı zorakılıq əlamətləri aşkar olunmayıb. 

Qeyd edək ki, faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.