Maşından 12 kq heroin, 10 kq “patı” tapıldı

Maşından 12 kq heroin, 10 kq “patı” tapıldı
Oxunma sayı: 2822

Bakıda maşında külli miqdarda narkotik daşıyan şəxslər saxlanılıb.

DİN Mətbutat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhər sakinləri R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar edilib.

R.Rəhimovun idarə etdiyi “Toyota ” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülüb.