Maşından 14 min manat oğurlandı

masindan-14-min-manat-ogurlandi
Oxunma sayı: 634

Mayın 22-si saat 06 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Əlyar Məmmədov idarə etdiyi “Opel Vektra” markalı avtomobili idarəetməni itirməsi nəticəsində işıq dirəyinə vurub, nəticədə özü hadisə yerində ölüb.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Müşviq Əliyev mayın 21-də tutulub.

Mayın 6-da 20 yanvar küçəsində Bakı şəhər sakini İmdad Əhmədova məxsus “Hunday” markalı avtomobilin yük yerindən açar seçmə yolu ilə 14 min manat oğurlanıb. Nəsimi RPİ CAŞ və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini Elsevər Abdullayev mayın 21-də tutulub.