Külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olan informasiya əsasında, Azərbaycan vətəndaşının idarə etdiyi “Renault Tondar 90” markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız “Marlboro”, “King” siqaretləri və “Nemiroff” araqları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər