Maşından kimliyi bilinməyən 2 meyit çıxdı – - Qəza

masindan-kimliyi-bilinmeyen-2-meyit-cixdi-
Oxunma sayı: 3327


“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus “LİFAN” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 08:26-da başa çatıb.

Murad Əhməd