Maşını ağaca çırpdı, öldü

masini-agaca-cirpdi-oldu
Oxunma sayı: 1382

Oğuz rayonunun Bucaq kəndində şəhər sakini Vüqar Rəcəbov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən saat 18 radələrində Oğuz rayonunun Bucaq kəndində şəhər sakini Vüqar Rəcəbov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.