Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Prospektində qeydə alınıb. Rayon sakini 51 yaşlı Nəbi Bayramov sükanı arxasında olduğu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər