Maşını arxaya sürərkən qadını vurub öldürdü

masini-arxaya-surerken-qadini-vurub-oldurdu
Oxunma sayı: 2938

Yevlaxda avtomobilini arxa-arxaya sürən şəxs ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 1988-ci il təvəllüdlü Nicat Quluyev “Opel” markalı avtomobilini geriyə hərəkət etdirib və maşının arxası ilə yolu keçən 1943-cü il təvəllüdlü Kifayət İsayevanı vurub.

Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza

Həmçinin oxuyun: “Я приобрел наркотик за 10 манатов” - заявление “Daqqılı”