Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini 1966-cı il təvəllüdlü Abbasov Əvəz müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Ə. Abbasov yolu keçən zaman geriyə verən avtomobil onu vurub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər