Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi "Mitsubishi" markalı 90- BR- 940 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sərnişinlərdən sürücünün anası 1963-cü il təvəllüdlü Minayə Məmmədova hadisə yerində ölüb, digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktı Xızı Rayon Polis Şöbəsi araşdırır.
Son xəbərlər
Son Xəbərlər