Maşını aşırdı, arvadı öldü

masini-asirdi-arvadi-oldu
Oxunma sayı: 2802

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 13-də saat 17 radələrində qeydə alınıb. 

Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil aşıb. Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.