Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 6-da saat 14 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb.
Əliabad kənd sakini Ü.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Bəxtiyar Abbasov hadisə yerində ölüb, sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər