“Maşın”ı bir gündə 2 nəfər tərk etdi - Video

masini-bir-gunde-2-nefer-terk-etdi
Oxunma sayı: 7632

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətini bir gündə iki  iştirakçı tərk edib. 

“Qafqazinfo”nun məlumatına görə, onlar – Xalq artisti Bilal Əliyev və reper Qurddur.

Əlini istəmədən avtomobildən çəkən reper Qurd qayda pozuntusu etdiyi üçün “Maşın şou”dan uzaqlaşdırılıb.

Əlini avtomobildən çəkən Bilal Əliyev isə bu addımı atası ilə telefon danışığından sonra atdığını bildirib:

“Bu gün səhər-səhər sübhanə yeməyə qalxanda gördüm ki, qapıda bir nəfər gözləyir. Telefonla gəlmişdi. Məni atamla danışdırdı. Dünən olanlara görə atam mənə hirslənib. 87 yaşı var. Oradan mənə bir xəbər göndərdi ki, oğlum, bir dəqiqə də orada dayanmırsan, əlini çəkirsən, öz evinə yox, düz mənim evimə gəlirsən, kəndə. Mən də əlimi çəkirəm".

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.