Maşını çaya aşırdı, qadın yaralandı

masini-caya-asirdi-qadin-yaralandi
Oxunma sayı: 686

Şəki ərazisində yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə zamanı Şəki sakini Həbillayev Tural Bəlyar oğlu idarə etdiyi 55-BU-586 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə "20 yanvar" küçəsi ilə hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobili Qurcana çayına aşırıb.

Hadisə zamanı avtomobildə olan sürücü və digər sərnişinlər xəsarət almasa da, bir sərnişin Əlixanova Leyla Vaqif qızı yaralanıb. Xəsarət alan şəxs dərhal boyun nayihəsinin qapalı travması diaqnozu ilə Şəki RMX-yə çatdırılıb.

Sürücünün sözlərinə görə, hadisəyə səbəb onun qarşısına digər avtomobilin çıxması olub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.