Avtomobili etibarnamə ilə idarə edənlərlə bağlı yeni qaydalar hazırlanıb.
“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, qaydaların mayın 1-də qüvvəyə minməsi gözlənilir. Hazırkı Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir. Söhbət baş etibarnamədən yox, avtomobili yalnız sürmək üçün verilən etibarnamədən gedir.
İndiki qaydalarla bu tip etibarnaməsi olan şəxs avtomobildə olsa belə, maşını başqasına idarə etməyə verəndə cərimələr tətbiq edilirdi. Etibarnaməsi olan deyil, avtomobili idarə edən şəxs 40 manat miqdarında cərimələnirdi. Bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə ziddir və dəfələrlə bununla bağlı yol polisləri ilə sürücülər arasında mübahisə yaşanırdı. Yeni qaydalar bu problemlərə son qoya bilər.
Son xəbərlər
Son Xəbərlər