Maşını “KamAZ”la toqquşan sürücü öldü

masini-kamazla-toqqusan-surucu-oldu
Oxunma sayı: 1370

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Bakı-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. 

Biləsuvar sakini, Allahverdiyev Elnur Rəsul oğlunun idarə etdiyi “Mercedes” markalı maşın “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə E.Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.