Maşını kanalı düşdü, sürücü öldü -

masini-kanali-dusdu-surucu-oldu-
Oxunma sayı: 1015


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yuxarı Şirvan kanalının Yevlax rayonu ərazisindən keçən hissəsinə “QAZ” markalı minik avtomobili düşüb.

Nəticədə, 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Faiq oğlu avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər R.Məmmədovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:25-də başa çatıb.

“Qafqazinfo”