İyulun 23-də Xaçmaz şəhərinin ərazisindən şəhər sakini M.Rəsulova məxsus “QAZ-21031” markalı avtomobil qaçırılıb.
“Qafqazinfo” xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini E.İbrahimov saxlanılıb.
Avtomobil isə iyulun 24-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisində tapılıb.
Son xəbərlər
Son Xəbərlər