Maşını soyulan Könül - “Şokda idim...”

masini-soyulan-konul
Oxunma sayı: 1965

“Başıma gələn məlum hadisə heç də xoş deyildi. İlk dəfə yaşadığıma görə şokda idim”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri avtomobili soyulan aparıcı Könül Muxtarova instaqramda yazıb. 

O, ötən gün yaşadığı hadisəyə görə şoka düşdüyünü qeyd edərək hər şeyin qaydasında olduğunu bildirib: “Bir daha anladım ki,hər an başımıza gələ biləcək işlərə hazır olmalıyıq. Mənə və malıma dəyən ziyan balamın, ailəmin sədəqəsi olsun. Bu saatda yanımda olan əsl dostlarım, var olasınız”. 

Qeyd edək ki, Muxtarovanın “Nissan” markalı maşınına hücum olunaraq şüşələri sındırılıb, 300 dollar pulu oğurlanıb.