Belarusda Türkiyə səfirliyinə aid diplomatik nömrə nişanlı avtomobilin yanlış yerdə park edilməsi iki ölkə arasında gərginliyə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, paytaxt Minskdə martın 7-də dəmir yolu stansiyası yaxınlığında Türkiyə səfirliyinə aid BMW markalı avtomobilin yanlış yerdə park etdiyi məlum olub. Bir vətəndaşın şikayəti əsasında Belarus XİN-ni Türkiyənin Minskdəki səfirliyinə nota verib.
Şikayət edən şəxs sürücüyə bununla bağlı xəbərdarlıq etdiyini, lakin sürücünün buna əhəmiyyət vermədiyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər