Maşını yol kənarına itələyən şəxsi TIR vurub öldürdü

masini-yol-kenarina-iteleyen-sexsi-tir-vurub-oldurdu
Oxunma sayı: 2329

Yevlaxda yük maşını nasaz avtomobilini yolun kənarına itələyən şəxsi vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Aran qəsəbəsindən keçən 305-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Qurbanzadə nasaz vəziyyətdə olan avtomobilini yolun kənarına itələyərək çıxarmaq istəyib. Bu zaman arxadan gələn və 1998-ci il təvəllüdlü Turxan Abbasovun idarə etdiyi "Mercedes Atego" markalı TIR ona çırpılıb.

Məhərrəm Qurbanzadə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.