Maşını yol kənarında dayanan “Toyota”ya vurdu - Sürücü öldü

masini-yol-kenarinda-dayanan-toyotaya-vurdu
Oxunma sayı: 2609

Qubada ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində  X.Allahverdiyev idarə etdiyi “VAZ-2106”nı yolun kənarındakı “Toyota” markalı avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilən “VAZ”ın sürücüsü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.