Maşının içində selə düşdülər, FHN xilas etdi - Video

masinin-icinde-sele-dusduler-fhn-xilas-etdi
Oxunma sayı: 3880

Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən 3 nəfər avtomobildə təhlükəli vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.