Maşının nömrəsini oğurlayan saxlanıldı

masinin-nomresini-ogurlayan-saxlanildi
Oxunma sayı: 2172

Bakıda maşından nömrə oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

Həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.