Maşının şüşəsini sındırıb oğurluq etdilər

masinin-susesini-sindirib-ogurluq-etdiler
Oxunma sayı: 847


Bakı Şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 3-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Fuad Hüseynova məxsus “VAZ-21154” markalı avtomobildən, şüşəni dəmir alətlə sındırmaqla oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Elçin Vaqif oğlu Rəhimov və əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Ülvi Etibar oğlu Hacıyev tutulub. 

Həmçinin E.Rəhimovdan 0, 300 qram, Ü.Hacıyevdən 0.306 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

***

Daha bir oğurluq hadisəsi Sədərək ticarət mərkəzində olub. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində,  mayın 2-də Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində Bakı şəhər sakinləri Əli Abdullayevə məxsus mağazanın qarşısından 3 ədəd tozsoran, Elşən Əzizova məxsus mağazanın qarşısından isə 35 ədəd elektrik qızdırcı oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü Rəşad Hüsən oğlu Mehrəliyev  tutulub.