Maşınında heroin aşkarlandı

Maşınında heroin aşkarlandı
Oxunma sayı: 1994

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Elməddin Fərəcovu saxlayıblar. Həmin şəxsin avtomobilinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.