Maşınında telefonlar aşkar edildi

masininda-telefonlar-askar-edildi
Oxunma sayı: 780

“Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən, üzərində "CORN" yazısı olan 3 ədəd mobil telefon, 10 ədəd mobil telefon qutusu, 16 ədəd mobil telefon qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.