Maşınını ağaca çırpdı, öldü

masinini-agaca-cirpdi-oldu
Oxunma sayı: 1339

Masallı rayonunun Təzə Alvadı kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 9-da saat 23 radələrində qeydə alınıb. 

Kənd sakini Elmar Səfərov idarə etdiyi “Chery” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 10-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.