Maşınını ağaca çırpdı, öldü

masinini-agaca-cirpdi-oldu
Oxunma sayı: 1456

Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 5-də saat 22 radələrində qeydə alınıb. 

Qəsəbə sakini Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.