Maşınını aşırdı, 2 qardaş öldü

masinini-asirdi-2-qardas-oldu
Oxunma sayı: 4754

Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 31-də saat 17 radələrində qeydə alınıb. 

Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib. 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.