Maşınını aşırdı, anası öldü...

masinini-asirdi-anasi-oldu
Oxunma sayı: 3071

Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, iyulun 7-də saat 14 radələrində qeydə alınıb. Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən - anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.