Maşınını aşırdı, arvadı ilə birgə öldü...

masinini-asirdi-arvadi-ile-birge-oldu
Oxunma sayı: 4806

Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 12-də saat 14 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. 

Nəticədə Q.Seyidəliyev və sərnişinlərindən arvadı Güləndam xəstəxanaya aparılarkən yolda ölüb, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.