Maşınını aşırdı, oğlu öldü

masinini-asirdi-oglu-oldu
Oxunma sayı: 2274

Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 4-də, saat 11 radələrində qeydə alınıb. 

Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilib, Nəcməddin orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.