Maşınını aşırdı öldü- - Sərnişin ağır yaralandı+Foto

masinini-asirdi-oldu-
Oxunma sayı: 1473


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə mayın 23-də saat 03:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Aftandil Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəza zamanı sürücü ölüb, avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Mayıl Haqverdiyev ağır yaralanaraq Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.