Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 15-də saat 14 radələrində qeydə alınıb.
Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər