Qusar rayonunun Həsənqala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 19-da saat 23 radələrində qeydə alınıb.
Kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər