Maşınını hasara vurdu, sərnişini öldü

masinini-hasara-vurdu-sernisini-oldu
Oxunma sayı: 1537

İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 10-da saat 2 radələrində qeydə alınıb. 

Kənd sakini İ.Bağırlı idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini Mahir Osmanov hadisə yerində ölüb.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.