Maşınını yolda təmir edən kişi faciəli şəkildə öldü

Maşınını yolda təmir edən kişi faciəli şəkildə öldü
Oxunma sayı: 4190

Goranboyda yol qəzası olub.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb. 50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini yolda təmir etmək üçün maşından enib.

O, nəqliyyat vasitəsinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.

Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.