Maşınını yük avtomobilinə vurdu, öldü

masinini-yuk-avtomobiline-vurdu-oldu
Oxunma sayı: 1691

Yevlax rayonunun Qaradeyin kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 29-da saat 1 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Qərib Orucov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili qarşıda gedən həmyerlisi S.Rəfiyevin idarə etdiyi “Mack” markalı yük avtomobilinin yarımqoşqusuna vurub və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.