Maşinistin meyiti evində tapıldı

masinistin-meyiti-evinde-tapildi
Oxunma sayı: 1706

İmişli rayonunda kişinin meyiti evində tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İmişli Lokomotiv Deposunda maşinits işləyən 1963-cü il təvəllüdlü Rzayev Alim Məmməd oğlunun meyiti aşkarlanıb. 

Onu iş yoldaşı döşəmənin üzərində tapıb. Meyitin xarici müayinəsi zamanı xəsarət aşkar edilməyib. Məhkəmə-tibb ekspertizası təyin edilib. İmişli rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd