Maşınla 94 yaşlı qadını vurub öldürdü

masinla-94-yasli-qadini-vurub-oldurdu
Oxunma sayı: 1954

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, Nic qəsəbəsində 1987-ci il təvəllüdlü Meşari Arvid Ararati idarə etdiyi "VAZ 2107" markalı avtomobillə piyada qadını vurub. Nəticədə 1929-cu il təvəllüdlü Arşalus Leyliyan Tumasovna aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.