Maşınla azyaşlı övladını vurub öldürdü - Gəncədə bədbəxt hadisə

masinla-azyasli-ovladini-vurub-oldurdu
Oxunma sayı: 3342

Bu gün Gəncədə Şahsevənlər küçəsində bədbəxt hadisə baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhər sakini “Mercedes ML” markalı avtomobilini arxaya verərkən ehtiyatsızlıq edib və görmədiyi azyaşlı övladını vurub.
 
Uşaq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.