Maşınla azyaşlını vurub qaçan sürücü saxlanıldı

masinla-azyaslini-vurub-qacan-surucu-saxlanildi
Oxunma sayı: 2022

Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb.

Araşdırma aparılır.