Şamaxıda minik avtomobili ilə mikroavtobus toqquşub.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə, mikroavtobusla minik avtomobili toqquşub.
Qəza nəticəsində 6 nəfər yaralanıb. Bunlar Şamaxı sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlu, Sumqayıt sakiniləri 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı, 1962-ci il təvəllüdlü Məmmədov Həsənağa Sultanağa oğlu, 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1997-ci il təvəllüdlü Zeynədlinli Elcan Rafiq oğlu, 1996-cı il təvəllüdlü Zeynədlinli Elmin Rafiq oğludur. Mirzəyev Yaşardan başqa digər yaralılar minik avtomobilində olublar.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu


Son xəbərlər
Son Xəbərlər