Maşınla operatorun ayağının üstündən keçdi - Fotolar

masinla-operatorun-ayaginin-ustunden-kecdi
Oxunma sayı: 2702

Müğənni-aktrisa Defne Samyeli İstanbulda qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi İstanbulda bir məkandan çıxarkən KİV nümayəndələrinin keçmiş sevgilisi Cem Yılmazla bağlı sualları ilə üzləşib.

O, sorğu-sualdan qaçmaq üçün avtomobilinə minərək ərazidən uzaqlaşmağa çalışıb. Lakin tıxaca səbəb olub, təşvişə düşərək anidən maşınını sürətlə arxaya sürməyə başlayıb. Bu an o, maşınla operatorun ayağının üstündən keçib.

Samyeli “Çox üzr istəyirəm. Bir problem varsa, xəstəxanaya gedək” deyib.