Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Qovlar kəndində baş verib. Hərəkətdə olan "VAZ" markalı avtomobil hərəkətdə olarkən yolun kənarı ilə hərəkət edən piyada 1973-cü il təvəllüdlü Vəfa Əsgərovanı vurub. Ağır xəsarət alan qadın xəstəxanaya aparılan zaman yolda ölüb. Qəza zamanı avtomobil yolun kənarına aşıb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər